Ənənəvi olaraq hər il London şəhərində ICFM- Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı-Sertifikatlı Maliyyə Menecerləri İnstitutu tərəfindən Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələrinin, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin, mühasib, maliyyə menecerlərinin iştirak etdiyi Beynəlxalq Summit keçirilir. Bu tədbir MHBS-da
tətbiq olunan dəyişikliklərin müzakirəsinə, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunduğu üçün mühüm əhəmiyyət kəsb edir. Summit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirilir
Linkə keçid :
https://www.bookkeeperssummit.com/lucaawards
Mühasibatlıq dünyasının Oskarı sayılan bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmiş və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıdan nüfuzlu mükafat sayılır. Mükafatlar müxtəlif nominasiyalar üzrə hər ölkənin nümayəndələrinə rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri Institutunun patronu şahzadə Maykl Kentskiy tərəfindən təqdim olunur.
Böyük qürur hissi ilə bildiririk ki, hər zaman mühasib peşəsinin inkişafına verdikləri töhfələri ilə
zirvədə olan APFM üzvləri də bu tədbirdə Azərbaycanı təmsil edir və onlar da müxtəlif
nominasiyalar üzrə təltif olunurlar.
Luca Awards 2023 the 14th annual Luca Awards
“For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə)
1.Rauf Orucov- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Maliyyə şöbəsinin rəhbəri
2.Rəşad Əsgərov- SOCAR, Əmək şəraiti normalarının işlənməsi İdarəsi, Rəis müavini
"Best Financial Director" (İlin Maliyyə Direktoru)
Atif Səmədov- AZFEN BM, Maliyyə direktoru
"Best Company" (İlin şirkəti)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
"Best Financial Manager" (İlin Maliyyə Meneceri)
Rasim Həsənov- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Maliyyə Departamentinin rəhbəri
"Best Chief Accountant" (İlin Baş Mühasibi)
İlqar Mehrabov-Azərbaycan Tibb Universiteti, Baş mühasib
"Best Accountant" (İlin Mühasibi)
Rüfət Əkbərov- Azersun Holdinq, Baş mühasib
"Best Financier" (İlin Maliyyəçisi)
Xəyal Jəlilov- “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, Maliyyə Departamentinin rəhbəri
"Best Specialist in Accounting" (Mühasibatlıq üzrə İlin mütəxəssisi)
Ilham Mammadov- Baku Oxford School, Audit şöbəsinin rəhbəri
"Best Training Centre" (İlin tədris mərkəzi)
RS Consulting - APFM-in akkreditə olunmuş tədris mərkəzi
“Best Tutor” (İlin Təlimçisi)
Əfqan Səfərli-APFM təlimçisi
"Best student" (Ilin tələbəsi)
Məhəbbət Abdulrzayeva -Mont MMC, Baş mühasib, ICFM Professional Financial Manager kvalifikasiyası üzrə)
Luca Awards 2022 the 13th annual Luca Awards
"Best Tutor” (İlin Təlimçisi)
Rauf Rzayev-APFM
"For Contribution to the Development of Financial Profession” (Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə)
Sevinc Lütfəliyeva - Azərbaycan Respublikası Dövlət Neft Fondu
Rəşad Əsgərov- SOCAR
Namiq Orucov -Azərişıq ASC
Best Company / Best Enterprise (İlin şirkəti)
Azərenerji ASC
Azərişıq ASC
Best Financial Director (İlin Maliyyə Direktoru)
Namiq Orucov - Azərişıq ASC
"Best Financial Manager in public procurement” (Dövlət satınalmaları üzrə İlin Maliyyə Meneceri)
İdrak Ələkbərov- Azərişıq ASC
Best Financial Manager (İlin Maliyyə Meneceri)
Kəmaləddin Quliyev- Aztelekom MMC
Best Financier (İlin Maliyyəçi)
Rasim Həsənov- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi