APFM Komitə üzvləri NAA Finance Club-un təşkilatçılığı ilə Milli Aviasiya Akademiyasının tələbələri ilə görüşdə iştirak ediblər.
28 noyabr 2025 — Konstitusiya və Suverenlik İli çərçivəsində NAA Finance Club-un təşkilatçılığı, NAA Finance rəhbəri Emin Məmmədovun moderatorluğu və təşkilatçılığı ilə “Maliyyənin müasir problemləri və çağırışları: Elm – Qanunvericilik – Praktika” mövzusunda geniş tərkibli tədbir keçirilib.
Tədbirdə maliyyə sahəsinin tanınmış mütəxəssisləri məruzələrlə çıxış ediblər. Qonaqlar arasında:
i.e.d., professor Süleyman Qasımov — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisadi Elmlər üzrə Ekspert Şurasının sədri, APFM Müşahidə Şurasının sədri, SOCAR prezidentinin iqtisadi məsələlər üzrə müşaviri; Nuriyyə Novruzova — Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) İdarə Heyətinin sədri;
Emin Kazımov — APFM Komitə üzvü, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “İstehlak Mallarına Ekspertizası Mərkəzi” MMC-nin Maliyyə və Təsərrüfat Departamentinin direktoru.
Çıxışlarda maliyyə idarəçiliyi, müasir iqtisadi tendensiyalar, qanunvericilikdə tənzimləmə mexanizmləri, həmçinin praktikada rast gəlinən aktual çətinliklər müzakirə olunub. Mütəxəssislər real təcrübədən doğan nümunələri, müasir metodoloji yanaşmaları və problemlərin həllinə dair təkliflərini iştirakçılarla bölüşüblər.
Görüşün sonunda tələbələrə NAA Finance, İqtisadiyyat Kafedrası və APFM tərəfindən hədiyyələr təqdim edilib.