Xəbərlər

"Vergi Məcəlləsindəki dəyişikliklər" seminarı 2026

APFM-in 2026-cı ilin ilk seminarı: Vergi Məcəlləsindəki 2026-cı il dəyişiklikləri geniş müzakirə olundu
Azərbaycan Peşəkar Maliyyə Menecerləri Assosiasiyası (APFM) 2026-cı ilin ilk möhtəşəm tədbirini uğurla reallaşdırdı. 17 yanvar tarixində baş tutan “Vergi Məcəlləsində dəyişikliklər 2026” mövzusundakı seminar üzvlərimiz tərəfindən böyük maraqla qarşılandı.Tədbirdə 200-ə yaxın APFM üzvü iştirak edərək, vergi qanunvericiliyində tətbiq edilən ən son yeniliklər barədə ətraflı məlumat əldə etdilər. Seminarın əsas məqsədi mütəxəssisləri yeni dövrün tələblərinə hazırlamaq və tətbiqi məsələlərdə yaranan suallara aydınlıq gətirmək idi.

Seminarın spikeri qismində APFM Komitə üzvü, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov çıxış etdi. Rəşad müəllim tərəfindən təqdim olunan dərin məzmunlu və praktiki nümunələrlə zəngin çıxış iştirakçılar üçün olduqca faydalı oldu.

APFM olaraq 2026-cı il üçün maarifləndirici tədbirlər planımız olduqca zəngindir. Üzvlərimizin peşəkar inkişafını daim diqqət mərkəzində saxlayırıq.

Növbəti seminar: Beynəlxalq Maliyyə Hesabatları Standartlarında (MHBS) edilən son dəyişikliklər.
Məqsəd: Qlobal standartlara uyğunlaşma və hesabatlılıqda şəffaflığın artırılması.


Dəyərli təqdimatına görə Rəşad Əhmədova və aktiv iştirakına görə bütün üzvlərimizə təşəkkür edirik!

"Vergi Məcəlləsindəki  dəyişikliklər" seminarı 2026
"Vergi Məcəlləsindəki  dəyişikliklər" seminarı 2026
"Vergi Məcəlləsindəki  dəyişikliklər" seminarı 2026
"Vergi Məcəlləsindəki  dəyişikliklər" seminarı 2026
"Vergi Məcəlləsindəki  dəyişikliklər" seminarı 2026