Xəbərlər

Maliyyə Monitorinqi Xidmətində ICB/ICFM-in Yeni Beynəlxalq Sertifikasiya Proqramı Təqdim Olunub

Böyük Britaniyanın ICB/ICFM Global təşkilatının nümayəndələrinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində görüş təşkil olunmuşdur.

ICB/ICFM-in yeni “Maliyyə Monitorinqi üzrə Peşəkar Mütəxəssis” proqramının təqdimatı çərçivəsində keçirilən bu görüşdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev, ICB/ICFM-in Baş icraçı direktoru Ami Copeland, Qlobal tərəfdaşlıq üzrə meneceri Ulgen Kiymik, təşkilatın Azərbaycandakı rəsmi nümayəndəsi olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası-nın (APFM) sədri Nuriyya Novruzova və Assosiasiyanın Daxili Audit Komitəsinin rəhbəri Ilkin Ismayilli iştirak etmişlər.

Təlim proqramı qanunsuz əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində xidmətlərin keyfiyyətinin artırılması, eləcə də bu istiqamətdə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır. Sertifikatlaşdırma prosesi sahə üzrə bilik və bacarıqların sistemli şəkildə inkişaf etdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına dəstək verir. Görüş zamanı yeni proqramın məzmunu, beynəlxalq çərçivəsi və tətbiq mexanizmləri ətraflı şəkildə təqdim olunmuşdur.

Növbəti mərhələdə proqramın yerli qanunvericiliklə inteqrasiyası və akkreditasiyası nəzərdə tutulur və bu istiqamətdə müzakirələrin davam etdirilməsi planlaşdırılır.

Maliyyə Monitorinqi Xidmətində ICB/ICFM-in Yeni Beynəlxalq Sertifikasiya Proqramı Təqdim Olunub